İdman

gimnastikadan

başlayır

ZEYNƏB CAVADLI OMSK TURNİRİNİN BÜRÜNC MÜKAFATÇISIDIR

07 dekabr 2009

ZEYNƏB CAVADLI OMSK TURNİRİNİN BÜRÜNC MÜKAFATÇISIDIR

Azərbaycan gimnastı Zeynəb Cavadlı Omskda beynəlxalq turnirin bürünc mükafatçısı olmuşdur.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, 18 yaşlı bakılı gimnast üçüncü yerə iplə final hərəkətlərindən sonra layiq görülmüşdür.

- Bu, ilin son yarışı idi, və mən şadam ki, öz azarkeşlərimi sevindirə bildim. Mən, həmçinin, digər üç finalda iştirak etdim ki, harada halqa və topla dördüncü, və lentlə beşinci oldum. Məşqçim mənim nəticələrimdın razı qaldı, və moskvaətrafı Novoqorskda toplanışlara qayıdan kimi, yeni mövsümə hazırlaşmağa başlayacağıq, yəni yarış proqramlarını dəyişəcəyik, gimnast demişdir.

Əlavə edək ki, Omsk turnirində Cavadlının 4-cü olduğu çoxnövçülük yarışlarında rusiyalı Yevgeniya Kanayeva qalib gəlmişdir.

İtaliya klub çempionatının final raundu Azərbaycanın aparıcı gimnastları Aliyə Qarayeva və Anna Qurbanova üçün də ilin son yarışı olmuşdur.

Qarayevanın komandası “Ardor” A2 seriyasında yekunda 5-ci yeri tutmuşdur ki, bunda gimnastımızın mühüm rolu olmuşdur. Finalda o, iplə çıxış etmiş və 26.0 xal yığaraq, belarus Lyubov Çerkaşinadan sonra ikinci olmuşdur.

Qurbanova A1 seriyasında halqa ilə çıxış etmiş və 25.25 xal yığaraq, həmin alətlə çıxış edən gimnastlar arasında dördüncü nəticə göstərmişdir. Annanın klubu “Komense” çempionatın yekunlarına görə 8-ci yeri tutmuş və gələn mövsüm üçün birinci divizionda yerini saxlamışdır. İtaliya çempionu isə rusiyalı Olqa Struçkovanın lider olduğu “Armonia” komandası olmuşdur.