İdman

gimnastikadan

başlayır

JALƏ PİRİYEVANIN İKİ İL ARDICIL OLARAQ YAPON “BÜRÜNCÜ”

05 oktyabr 2015

JALƏ PİRİYEVANIN İKİ İL ARDICIL OLARAQ YAPON “BÜRÜNCÜ”

Yaponiyanın Tokio şəhərində bədii gimnastika üzrə “Aeon Cup” adlı ənənəvi Klublararası Dünya Çempionatı sona çatmışdır.

Bu çempionatda ölkəmizi böyük gimnastlar Marina Durunda, Ayşən Bayramova, o cümlədən gənc gimnast Jalə Piriyevadan ibarət “Ocaq” İdman Klubu təmsil etmişdir.

Gənc gimnast Jalə Piriyeva fərdi çoxnövçülükdə ötən ilki nəticəsini təkrarladı və Klublararası Dünya Çempionatının ikiqat bürünc medalçısı oldu. Dörd çıxışın cəmində 61.716 xal toplayan Jalə, yalnız Rusiya gimnastı Alina Yermolova (1-ci yer) və Özbəkistan gimnastı Sabina Taşkenbayevayadan (2-ci yer) geridə qaldı.

Komanda hesabında isə gimnast, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarında iştirak etmə hüququ qazanaraq, idman karyerasında ilk Olimpiya lisenziyasının sahibi Marina Durunda və bu yaxınlarda keçirilən Dünya Çempionatının iştirakçısı Ayşən Bayramova ilə birgə beşinci yerdə qərarlaşdı.