İdman

gimnastikadan

başlayır

Zöhrə Ağamirovanın tarixi bürünc medalı

21 may 2023

Zöhrə Ağamirovanın tarixi bürünc medalı

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa çempionatına yekun vurulacaq.
Yarışın sonuncu gününə gimnastların fərdi proqramda ayrı-ayrı alətlər üzrə final çıxışları ilə start verilib.  
Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova bu gün həlledici mərhələdə halqa, top və gürzlərlə çıxış edib.
İdmançımız topla hərəkətlərin icrasında uğurla çıxış edərək (32.850 xal) tarixi bürünc medala sahib çıxıb.
Bu nəticə ilə Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, lV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırıb.
Bu gün həmçinin qrup hərəkətləri üzrə komandalar ayrı-ayrı alətlər üzrə finallarda mübarizə aparacaqlar.