İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Avqust

ABŞ-ın Palm-Beach şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən Dünya kubokunda tamblinq üzrə Azərbaycan yığma komandasının üzvü Mixail Malkin 2023-cü ildə iştirak etdiyi üç Dünya kubokunda topladığı ən yüksək nəticəyə əsasən FIG kubokuna layiq görülmüşdür.

Belarusun paytaxtı Minskdə keçirilən ll MDB Oyunlarında  gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova 5 ip, 5 topla hərəkətlərin icrasında, eləcə də çoxnövçülük proqramında bürünc medallar əldə etmişlər. 

İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda ölkəmizi təmsil edən Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük üzrə təsnifat mərhələsinin nəticəsinə əsasən 12-ci pillədə qərarlaşaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır.