İdman
gimnastikadan
başlayır
15 avqust 2026
13–16 avqust tarixlərində Xorvatiyanın Zaqreb şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçirilir.
Çempionatda Azərbaycanı qadınlar arasında böyüklər yaş kateqoriyasında Nazənin Teymurova, Dəniz Əliyeva, Xədicə Abbaszadə və Aytən Məmmədova, gənclər arasında isə Aynaz Məcidzadə, Lalə Zamanlı və Leyla Məmmədzadə təmsil edirlər.
Təsnifat mərhələsində çıxış edən Azərbaycan gimnastlarından Nazənin Teymurova çoxnövçülük üzrə 49,099 xal toplayaraq 30-cu, Dəniz Əliyeva 46,366 xalla 62-ci, Xədicə Abbaszadə 42,465 xalla 81-ci, Aytən Məmmədova isə 42,199 xalla 82-ci yeri tutub.
Qeyd edək ki, Nazənin Teymurova Dünya çempionatının təsnifat mərhələsinə vəsiqə qazanıb.