İdman

gimnastikadan

başlayır

İdman gimnastlarının Avropa çempionatında çıxışları yekunlaşıb

25 aprel 2021

İdman gimnastlarının Avropa çempionatında çıxışları yekunlaşıb

Azərbaycan təmsilçilərinin İsveçrənin Basel şəhərində təşkil olunmuş idman gimnastikası üzrə Avropa çempionatında çıxışları yekunlaşıb.

Bu çempionatda ölkəmizi kişilər arasında İvan Tixonov, Nikita Simonov, Ağamurad Qəhrəmanov, qadınlar arasında isə Marina Nekrasova və Milana Minakovskaya təmsil edib.

Gimnastlarımızdan ikisi – İvan və Marina gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə adlamağı bacarıblar.

İvan çoxnövçülükdə Avropa çempionatının 8 ən güclü idmançısı arasında yer alıb. Finalda 6 alətlə nümayiş etdirdiyi çıxışlarına görə 80.598 toplayaraq, o, çoxnövçülükdə səkkizinci pillədə qərarlaşıb. Marina isə dayaqlı tullanma aləti üzrə final mərhələsində 7-ci olub.