İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastlarının batut gimnastikası üzrə Dünya yaş qrupları yarışlarından 5 medalı

26 noyabr 2022

Azərbaycan gimnastlarının batut gimnastikası üzrə Dünya yaş qrupları yarışlarından 5 medalı

Batut gimnastikası üzrə Dünya yaş qrupları yarışları milli komandamız üçün çox məhsuldar olub. Çünki, bizim nailiyyət xəzinəsində bütün əyarlı medallar var.
15-16 yaş kateqoriyasında çıxış edən Mahsudov Maqsud və Abbasov Hüseyn sinxron proqramda qızıl medal qazanıb!
13-14 yaş kateqoriyasında mübarizə aparan Əli Niftəliyev Olimpiya növü olan fərdi proqramda gümüş medal əldə edib.
Daha bir gümüş medalı tamblinq yarışları üzrə 17-21 yaş kateqoriyasında çıxış edən Əliyev Tofiq qazanıb.
Batut gimnastikası üzrə fərdi proqramda 15-16 yaş kateqoriyasına daxil olan Mahsudov Maqsud çıxış edərək, 3-cü yerə layiq görülüb.
11-12 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Əmmar Baxşəliyev və Fərhad Mustafayevdən ibarət kişi cütlüyü bürünc medal qazanıb.
Sinxron proqramda çıxış edən qadın cütlüyü - Samirə Hüseynova və Səma Cəfərova (11-12) və kişi cütlüyü - Niftəliyev Əli və Mustafayev İbrahim (13-14) finala vəsiqə qazana bilib.
Batut gimnastikası üzrə fərdi proqramda çıxış edən Əmmar Baxşəliyev (11-12) və Hüseyn Abbasov (15-16) finala yüksəlib.
Tamblinq yarışlarında Aleksey Karataşov (13-14) və Adil Hacızadə (17-21) finala vəsiqə qazanıb.
Bundan əlavə, batut gimnastikası üzrə yarışlarda Nicat Mirzəyev, Mehdi Əliyev (15-16), Şəfiqə Hümbətova, Ayan Şabanova (13-14), tamblinq üzrə yarışlarda isə Qurbanov Bilal və Əsədullayev Hüseyn öz bacarıqlarını nümayiş etdirdilər.