İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə Avropa kubokunun ikinci günü başa çatıb

01 may 2026

Bədii gimnastika üzrə Avropa kubokunun ikinci günü başa çatıb

Bədii gimnastika üzrə Avropa kubokunun ikinci günü başa çatıb.

Yarışın ikinci günündə böyüklər yaş kateqoriyasında gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə çıxışlarını təqdim ediblər. Bu kateqoriyada top və halqa üzrə mükafatlandırma mərasimi keçirilib.

Topla proqramda 1-ci yeri Arina Kovşova (AIN 2), 2-ci yeri Sofiya Rafaelli (İtaliya), 3-cü yeri isə Vera Tuqolukova (Kipr) tutub. Halqa ilə proqramda isə 1-ci yerə Taisiya Onofriçuk (Ukrayna), 2-ci yerə Arina Kovşova (AIN 2), 3-cü yerə Darya Viareniç (AIN 1) layiq görülüb.

Həmçinin gənclər yaş kateqoriyasında komandalar arasında çarpaz qarşılaşmalar keçirilib. 1/4 final mərhələsində AIN 2 – Azərbaycan, AIN 1 – Türkiyə, İsrail – Ukrayna və Gürcüstan – Bolqarıstan komandaları üz-üzə gəliblər.

Finalda AIN 2 komandası 1-ci yeri, Bolqarıstan 2-ci yeri, İsrail isə 3-cü yeri tutub.

Yarış sabah böyüklər yaş kateqoriyasında təsnifat mərhələsi ilə davam edəcək.