İdman

gimnastikadan

başlayır

Bədii gimnastlarımız Dünya kubokunda

21 iyun 2026

Bədii gimnastlarımız Dünya kubokunda

19–21 iyun tarixlərində Çinin Pekin şəhərində bədii gimnastika üzrə Dünya kubokunun "Challenge" seriyası keçirilib. Yarışda Azərbaycanı qrup hərəkətləri komandası — İlona Zeynalova, Zəhra Cəfərova, Şəms Müvəffəqi, İlahə Bahadirova, Alina Məmmədova və Sofiya Məmmədova, eləcə də fərdi proqramda Fidan Qurbanlı və Kamilla Seyidzadə təmsil ediblər.

5 topla proqramda çıxış edən qrup hərəkətləri komandamız 22.550 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Finalda isə gimnastlarımız 22.600 xal nəticə göstərərək yarışı 6-cı pillədə başa vurublar.

Fərdi proqramda çıxış edən Kamilla Seyidzadə gürzlərlə final mərhələsinə yüksəlib. Gimnastımız finalda 8-ci pillədə qərarlaşıb.