İdman

gimnastikadan

başlayır

Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika yarışlarına start verilib

22 iyun 2026

Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika yarışlarına start verilib

22 iyun tarixində Bakı Olimpiya İdman Kompleksində Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ilk dəfə təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika üzrə yarışlar start götürüb. Yarışda ölkənin müxtəlif idman məktəblərini təmsil edən 60 gimnast iştirak edir. Turnirdə Sumqayıt İOEUGİM, Gəncə UGİM, Şuşa UGİM, Zaqatala UGİM, paytaxtımızı təmsil edən BGM və RKİM-in yetirmələri öz bacarıqlarını nümayiş etdirirlər.

Gimnastlar yarış proqramı çərçivəsində alətsiz, lent, halqa, top və gürzlərlə çıxış edərək texniki hazırlıqlarını, çevikliklərini və bacarıqlarını sərgiləyirlər. Yarışın ilk günündə 2015, 2014, 2013, 2012 və 2011-ci il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə mübarizə aparıblar.

Günün yekunlarına əsasən qaliblərin adları açıqlanıb.
2014-cü il təvəllüdlü gimnastların C qrupunda top aləti üzrə mükafatlandırılması:
1-ci yer – Ayan Əliyeva (BGM)
2-ci yer – Banu Axundova (RKİM)
3-cü yer – Nərmin Babayeva (BGM)

2015-ci il təvəllüdlü gimnastların C qrupunda top aləti üzrə mükafatlandırılması:
1-ci yer – Həcər Həbibbəyli (RKİM)
2-ci yer – Zümrüd Məmmədova (BGM)
3-cü yer – Xanım Rızalı (BGM)

2014-cü il təvəllüdlü gimnastların A qrupunda çoxnövçülük üzrə mükafatlandırılması:
1-ci yer – Aylin Novruzova (Gəncə UGİM)
2-ci yer – Mədinə Hüseynova (BGM)
3-cü yer – Lalə Novruzova (BGM)

2015-ci il təvəllüdlü gimnastların A qrupunda çoxnövçülük üzrə mükafatlandırılması:
1-ci yer – Fidan Hüseynli (RKİM)
2-ci yer – Adelina Şiçitikova (BGM)
3-cü yer – Kamilla Bağırova (Şuşa UGİM)

Qeyd edək ki, bədii gimnastika üzrə yarışlar sabah, 23 iyun tarixində davam edəcək və yekun mərhələ ilə başa çatacaq.