İdman

gimnastikadan

başlayır

Təmsilçilərimiz parkur üzrə Dünya kubokunda iştirak ediblər 

12 sentyabr 2022

Təmsilçilərimiz parkur üzrə Dünya kubokunda iştirak ediblər 

Sentyabrın 9-dan 11-dək Bolqarıstanın Sofiya şəhərində parkur üzrə Dünya kuboku keçirilib. 21 ölkə təmsilçisinin qatıldığı yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri İsrafil Əliyev və Mirəli Miriyev təmsil edib. İdmançılarımız “Speed Run” və “Freestyle” proqramında qüvvələrini sınayıblar. 
Qeyd edək ki, parkur ölkəmizdə yeni inkişaf edən gimnastika növüdür. 
2018-ci ilin dekabr ayında Bakıda keçirilmiş Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresində alınmış qərara əsasən parkur idman növü rəsmi olaraq FIG-nin fəaliyyətinə daxil edilmişdir. Daha sonra paytaxtımızda bu idman növü üzrə 13 ölkənin iştirakı ilə təqdimat xarakterli kurslar keçirilmişdir. 2019-cu ildə təmsilçilərimizin Fransanın Monpelye şəhərində keçirilən Dünya kubokunda ilk dəfə təmsil olunması ilə AGF-nin tərkibində parkur idman növü rəsmi olaraq fəaliyyətə başlayıb.