İdman
gimnastikadan
başlayır
17 avqust 2026
Avropa Gimnastikasının təşkilatçılığı ilə Xorvatiyanın Zaqreb şəhərində 2-ci European Gymnastics Young Leaders Forum 2026 tədbiri keçirilib. 14–17 avqust tarixlərində keçirilən tədbirdə Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri Aylin Məmmədli də iştirak edib.
Forum gənc liderlərin idman idarəçiliyi və liderlik sahəsində bilik və bacarıqlarının inkişafına, təcrübə mübadiləsinə və beynəlxalq əlaqələrin qurulmasına yönəlib. Tədbir çərçivəsində iştirakçılar müxtəlif forum proqramlarında iştirak edib, həmçinin idman gimnastikası üzrə Avropa Çempionatını izləmək imkanı əldə ediblər.