İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

İyun

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı keçirilmişdir. Batutçumuz Maqsud Mahsudov gənclər arasında fərdi növdə və komanda yoldaşı Hüseyn Abbasovla birgə sinxron cütlüklər proqramında qızıl medallar qazanmışdır. Tamblinq üzrə yarışlarda Mixail Malkin fərdi növdə gümüş, yığma komandanın üzvləri Adil Hacızadə və Tofiq Əliyevlə birgə komanda hesabında bürünc medal əldə etmişdir.

İsrailin Tel-Əviv şəhərində bədii gimnastika üzrə keçirilmiş Avropa çempionatında yığma komandamızın üzvləri 4 bürünc medal əldə etmişlər. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük, 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasına görə bürünc medal əldə etmişdir. 

Gənclərdən ibarət yığma komandamızın üzvü Kamila Qafarova gürzlərlə hərəkətlərin icrasına görə bürünc medal qazanmışdır.