İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Mart

Bakıda ilk dəfə Akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları təşkil olunmuşdur. 

13-19 yaş kateqoriyasında mübarizə aparan Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz qarışıq hərəkətlər proqramında akrobatika tarixində ilk dəfə dünya yaş qrupları yarışlarının qızıl medalını qazanmışdır.

Bakıda ilk dəfə olaraq Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatı keçirimişdir. 

Yarışda qarışıq cütlüyümüz Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətləri proqramında gümüş, kişi cütlüyümüz Daniel Abbasov və Murad Rəfiyev isə qarışıq və temp hərəkətləri proqramında bürünc medala sahib olmuşdur.

Azərbaycanda kişi və qadın idman gimnastikası üzrə Dünya kuboku uğurla təşkil edilmişdir.