İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Sentyabr

Bakıda Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilmişdir.

Yığma komandamızın üzvü Tofiq Əliyev Lüksemburq şəhərində “TeamGym” üzrə 14-cü Avropa çempionatı çərçivəsində keçirilən Avropa Gimnastikasının təsis etdiyi “Bütün ulduzlar komandası” nominasiyasında akrobatika cığırı alətində ən çətin elementin icrasına görə qalib olmuşdur.

Sofiya şəhərində (Bolqarıstan) keçirilən bədii gimnastika üzrə dünya çempionatında Azərbaycanın Güllü Ağalarzadə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandası bürünc medala layiq görülmüşdür. Bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandamızın dünya çempionatında qazandığı ilk medal olmuşdur.

Lüksemburqda (Lüksemburq şəhəri) “TeamGym” üzrə keçirilmiş 14-cü Avropa çempionatı çərçivəsində yığma komandamızın üzvü Tofiq Əliyev Avropa Gimnastikasının təsis etdiyi “Bütün ulduzlar komandası” nominasiyasında akrobatika cığırı alətində ən çətin elementin icrasına görə qalib olmuşdur.