İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Dekabr

Albufeira şəhərində (Portuqaliya) keçirilən Avropa Gimnastikasının 29-cu konqresində Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov yüz faiz səs çoxluğu ilə yenidən Avropa Gimnastikasının prezidenti, Azərbaycan Gimnastika Federasiyası tərəfindən namizədlikləri irəli sürülən Yevgeniya Vilyayeva (beynəlxalq dərəcəli hakim) 73.68 faiz səs çoxluğu ilə bədii gimnastika, İnara İsrafilbəyova (beynəlxalq dərəcəli hakim) 73.68 faiz səs çoxluğu ilə “TeamGym”,  Ruslan Eyvazov (yığma komandanın məşqçisi) isə 68.42 faiz səs çoxluğu ilə gimnastika hamı üçün növü üzrə Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü seçilmişdir.

Sofiya şəhərində (Bolqarıstan) keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 29-cu dünya yaş qrupları yarışlarında Azərbaycan yığma komandasının üzvləri 5 medal qazanmışlar.
Batut gimnastikası üzrə sinxron proqramda 15-16 yaş kateqoriyasında mübarizə aparan Maqsud Mahsudov və Hüseyn Abbasov qızıl, fərdi batut proqramında 13-14 yaş kateqoriyasında çıxış edən Əli Niftəliyev gümüş medala sahib çıxmışlar. Maqsud Mahsudov 15-16 yaş kateqoriyasında fərdi proqramda, Ammar Baxşalıyev və Fərhad Mustafayev isə 11-12 yaş kateqoriyasında sinxron cütlüklərin yarışında üçüncü olmuşdur. Tamblinq üzrə yarışda isə 17-21 yaş kateqoriyasında çıxış edən Tofiq Əliyev gümüş medal əldə etmişdir.

Dekabrın 8-dən 11-dək Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlara keçirilmişdir. 

Azərbaycan Gimnastika Federasiyası Gənclər və İdman Nazirliyi tərəfindən 2022-ci ilin yekunlarına əsasən “İlin idman federasiyası” nominasiyası üzrə 2-ci yerə layiq görülmüşdür.

AGF-nin ərsəyə gətirdiyi “Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır” filmi Gənclər və İdman Nazirliyi tərəfindən 2022-ci ilin yekunlarına əsasən “İlin idman filmi” nominasiyası üzrə 3-cü olmuşdur.

Azərbaycan Gimnastika Federasiyasının təmsilçiləri Gənclər və İdman Nazirliyi tərəfindən 2022-ci ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə təltif edilmişlər:

2022-ci ilin idman federasiyası

II yer - Azərbaycan Gimnastika Federasiyası

2022-ci ilin ən yaxşı qadın komandası

I yer - Qrup hərəkətləri komandası (bədii gimnastika)

2022-ci ilin ən yaxşı qadın idmançısı

III yer - Zöhrə Ağamirova (bədii gimnastika)

2022-ci ilin ən yaxşı məşqçisi

III yer - Siyana Vasileva (bədii gimnastika)

2022-ci ilin idman tibb personalı

I yer - Aydın Ağaliyev (AGF)

II yer - Raif Refetov (AGF)

2022-ci ilin idman fotoqrafı

II yer - Valeriy Xlızov (AGF)

Gənclər və İdman Nazirliyinin reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran idmançılar arasında:

I yer - Qrup hərəkətləri komandası (bədii gimnastika)

II yer - Zöhrə Ağamirova (bədii gimnastika)

III yer - İvan Tixonov (idman gimnastikası)

IX yer - Nikita Simonov (idman gimnastikası)

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.