AZE
İdman gimnastikadan başlayır

Bədii Gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci Açıq Turnir

Aprel ayında Milli Gimnastika Arenasında bədii gimnastika ulduzlarının çıxışlarından öncə bu məkanda məhz gənc, yeniyetmə və daha kiçik yaşlı gimnastlar öz qüvvələrini sınayacaqlar.

Belə ki, 17-19 aprel tarixlərində bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda açıq turnir təşkil ediləcək. Belə bir turnirin ölkəmizdə keçirilməsi ilə bağlı ideya 2019-cu ildə Bakının ev sahibliyi etdiyi Dünya Çempionatının səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı məşhur keçmiş rusiyalı gimnast Yana Batırşina ilə uğurlu əməkdaşlıqdan sonra yaranmışdı.

Sayca 7-ci olan bu turnirə Azərbaycan ilk dəfədir ki, ev sahibliyi edir. Məhz bu il təşkil ediləcək yarış Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən beynəlxalq turnir kimi tanınıb.

Turnirdə gənclər (2005-2007) və daha kiçik yaş qruplarına daxil gimnastlar (2008, 2009, 2010, 2011, 2012, 2013, 2014) fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər.

Qaydalara əsasən gənc gimnastlar çoxnövçülükdə və ayrı-ayrı alətlər üzrə finallarda yarışacaq və komanda hesabında qaliblər müəyyənləşəcək. Yaş qruplarında çıxış edəcək gimnastlar və qruplar isə öz aralarında təsnifatın nəticələrinə əsasən çoxnövçülükdə və ayrı-ayrı alətlər üzrə qalibləri müəyyənləşdirəcəklər.

İlkin qeydiyyat siyahısına əsasən 11 ölkə yarışda iştirakını təsdiq edib. İştirakçı ölkələrdən olan Rusiyanın artıq 4 klubu qeydiyyatdan keçib.

Gənc, yeniyetmə və daha kiçik yaşlı gimnastların birincilik uğrunda mübarizəsini qaçırmamaq üçün biletlərinizi artıq Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə bilərsiniz​. Biletlərin qiyməti turnirin ilk 2 günü üçün 6 və 8, son günü üçün isə 8 və 10 manat təşkil edir.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasında əldə edə bilərlər.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/)  əks olunacaq.

 

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası