Bakı, Avropa kuboku həyəcanına hazırsan?
1-4 may tarixlərində paytaxtımızda, Milli Gimnastika Arenasında qitənin ən bacarıqlı bədii gimnastları “Bədii gimnastika üzrə Avropa kuboku” uğrunda mübarizə aparmaq üçün bir araya gələcəklər.
Zəriflik, çeviklik və yüksək ustalıq nümayiş etdirəcək bu gimnastlar fərdi və qrup hərəkətləri proqramları üzrə öz performanslarını nümayiş etdirəcəklər. Onlar yenidən çarpaz qarşılaşmalarla tamaşaçılara həyəcanlı anlar yaşadacaqlar.
Rəqabət dolu yarış və möhtəşəm şouları izləmək şansını qaçırmayın!
Biletləri iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.