İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatı

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatı

Yarış haqqında

Gimnastika növünün ən zərif nümayəndələri bu dəfə 5-7 oktyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçiriləcək 28-ci Bakı çempionatında qüvvələrini sınayacaqlar. 
Yarışda "Ocaq Sport" Klubu (Bakı və Hövsan bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Zabrat, Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar. 
Yarışda idmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında mübarizə aparacaqlar.  
Üç gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Bədii gimnastların maraqlı çıxışlarına şahidlik etmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 3 manat təşkil edir.
Yarışlar haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında yenilənəcək.
Yarışlar hər gün saat 10:00-da başlayacaq
Ünvan: Bakı Olimpiya İdman Kompleksi
Bakı şəh., Olimpiya küç., 7
Tel.: +99412 465 2274

Faydalı məlumatlar