AZE
İdman gimnastikadan başlayır

Kişi və Qadın İdman Gimnastikası üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi. Akrobatika Gimnastikası üzrə Azərbaycan Çempionatı

Gimnastika növləri üzrə təşkil olunacaq birgə yarışlarda bu dəfə, akrobatlar və idman gimnastları bir araya gələcəklər.

17-18 noyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında Kişi və Qadın İdman Gimnastikası üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi, eyni zamanda Akrobatika Gimnastikası üzrə Azərbaycan Çempionatı təşkil olunacaq. 2 gün boyunca davam edəcək turnirdə idmançılar çempion adı uğrunda mübarizə aparacaqlar.

Öz sevimli gimnastlarını dəstəkləmək üçün bütün tamaşaçıları yarışlarımıza dəvət edirik.

Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası (köməkçi zal)
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası