AZE
İdman gimnastikadan başlayır

İdman Gimnastikası üzrə FIG Dünya Kuboku AGF TROPHY

Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlar mövsümünə start verir.

15-18 mart tarixlərində Milli Gimnastika Arenası İdman Gimnastikası üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Bakıda 3-cü ildir ki, təşkil olunacaq bu kubokda 26 ölkədən 100-dən çox idmançının qatılacağı gözlənilir.
 
Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri,  son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.
 
Federasiyanın beynəlxalq idman tədbirlərini yüksək səviyyədə təşkil etməsi və  ildən-ilə artan təcrübəsi bu dəfə də yarışlarımızda öz əksini tapacaq. Belə ki, turnir boyunca tamaşaçılar nəinki meydançada çıxış edən idmançıları, həm də təşkilatçılar tərəfindən keçiriləcək maraqlı fləşmobları izləyəcək, həmçinin müxtəlif müsabiqələrdə yaxından iştirak edərək, federasiyadan xatirə hədiyyələri qazanmaq şansı əldə edəcəklər.
 
İlin gimnastika üzrə ilk turnirinə biletləri Arenanın kassasından, həmçinin 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən əldə edə bilərsiniz. Təsnifat günləri üçün biletlərin qiyməti 10 manat, final günləri üçün isə 15 manat təşkil edir.
 

Yarışlar haqda daha ətraflı məlumatı federasiyanın saytından əldə edə bilərsiniz.
 
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99 
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası  

https://ticketing.mga.az/