AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb - Portuqaliyalı məşqçi

20.01.2018

"Azərbaycan Gimnastika Federasiyası (AGF) gimnastlara və gimnastikanın inkişafına böyük diqqət göstərir", - bunu Bakıda AGF-nin yerli məşqçilər üçün təşkil etdiyi Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kişi idman gimnastikası üzrə 1-ci dərəcəyə aid məşqçilik kurslarında təlim keçən FIG-in mütəxəssisi Franca Lourenso (Portuqaliya) deyib.

F.Lourenso bildirib ki, Azərbaycanın gimnastika sahəsində böyük nailiyyətləri var və Azərbaycan gimnastları xeyli inkişaf edib: “Azərbaycanın gimnastika sahəsində nəticələri sevindiricidir. Mən ilk dəfə Azərbaycana Birinci Avropa Oyunları zamanı Portuqaliya milli komandasının məşqçisi kimi gəlmişdim. O vaxtdan indiyə qədər gimastika xeyli inkişaf edib”.

O, Azərbaycanın gimnastika məşqçilərinin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib: “Azərbaycanda gimnastika məqçilərinin peşəkarlıq səviyyəsi xeyli inkişaf edib və onlar çox motivasiyalıdır. Bu təlim nəticəsində məqşçilərin peşəkarlıq səviyyəsi daha da yüksələcək və bu, daha yaxşı məşqçi, daha yaxşı gimnast deməkdir. Məşqçilər öz üzərlərində işləməkdə davam etsələr, təbiidir ki, onların peşəkarlıq səviyyəsi getdikcə daha da yüksələcək”.

F.Lourenso vurğulayıb ki, FİG Azərbaycanda bu cür nəticələri görməkdən çox məmnundur: “Azərbaycanda gimnastların məşqləri üçün də hər cür şərait yaradılıb”.