İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

İyul

İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə keçirilən Dünya kubokunda mübarizə aparan gimnastımız Selcan Mahsudova 2022-ci ildə iştirak etdiyi dörd Dünya kubokundan üçündə topladığı xalların cəminə əsasən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokuna layiq görülmüşdür.

 

Bütün iştirakçıların medal qazandığı “Gimnastika hamı üçün” idman növünə aid İsveçrənin Nevşatel şəhərində keçirilən “European Gym for Life Challenge” festivalında Azərbaycanın “Moonlight” adlı komandası gümüş medala layiq görülmüşdür. 

ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) keçirilən XI Ümumdünya Oyunlarında çıxış edən Ayxan Əhmədli, Rauf Hacıyev, Nigar Mir Cəlallı, Nəzrin Mustafayeva, Mədinə Musatafayeva, Sənan Mahmudlu, Xədicə Quliyeva və Vladimir Dolmatovdan ibarət Azərbaycanın aerodans komandası bürünc medala sahib çıxmışdır.