AZE
İdman gimnastikadan başlayır

İdman Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy 2020

Milli Gimnastika Arenasının baharda ev sahibliyi edəcəyi Dünya Kuboku idman gimnastikası üzrə yarışlar olacaq.

Tokio-2020 Olimpiya Oyunlarına daha bir lisenziya xarakterli bu Kubok 12-15 mart tarıxlərində təşkil ediləcək.

Qeydiyyat siyahısına əsasən Dünya Kubokunda iştirak etmək istəyən ölkələrin sayı 50-dir. Bu yarış üçün ümumilikdə 201 kişi və qadın idman gimnastlarının da daxil olduğu nümayəndə heyətlərinin tərkibində təxminən 450 şəxs Bakıya təşrif buyuracaq.

İştriak edəcək gimnastların adları isə fevral ayının əvvəllərində açıqlanacaq.

Qeyd edək ki, dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Ən yaxşı idmançıların gərgin mübarizə və qələbə sevincini qaçırmamaq üçün biletlərinizi əldə etməyə tələsin. Biletləri Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə biləcərsiniz​. Təsnifat günləri üçün biletin qiyməti 10 manat, final günləri üçün isə 15 manat təşkil edir.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasında əldə edə bilərlər.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/)  əks olunacaq.

 

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası