Yubiley ilini uğurla başa vuran Azərbaycan Gimnastika Federasiyası bu ilin fevral ayından etibarən yenidən yerli və beynəlxalq yarışlar mövsümünə start verir.
Federasiyanın təşkil edəcəyi ilk yarış fevralın 18 və 19-da ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə Dünya kuboku olacaq.
Böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.
Ölkəmizi bu yarışda ötən il ölkəmizdə keçirilmiş Dünya kubokunun gümüş mükafatçısı Selcan Mahsudova təmsil edəcək.
İdmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni İdman TV kanalı vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə Dünya Kuboku Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur.
Yarışlar haqqında ətraflı məlumat federasiyanın rəsmi internet səhifəsində mütəmadi olaraq yenilənəcək.
Batut üzrə Dünya kuboku zamanı idmançıların maraqlı və rəngarəng performanslarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.
Yarışların başlama vaxtı:
18 fevral - 12:00
19 fevral - 12:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
MAHSUDOVA Seljan
DUTRA Rayan
GOMES Alice
GOMES Camilla
MIHALEV Mariyan
PENEVA Hristina
FLYNN Gabriella
MAJA Bonham
HAMZA Malak
HUSSEIN Khaled
ZAYED Omar
AUBREE Perle
BROUSSE Clea
CHARTIER Julian
GOUZOU Pierre
JURBERT Marine
LABROUSSE Léa
MORANTE Allan
RIOU Florestan
LAUXTERMANN Caio
ROESLER Aileen
SCHULDT Matthias
VOGEL Fabian
PERZAMANOS Zak
STAMP Andrew
WALKES Corey
HAJI Matin
HOSSEINI Seyedamirhossein
MAM ABDOLLAH Aria
SAEIDABADI Mohammad
ALIYEV Pirmammad
BARKOV Roman
BUTOLINA Viktoriya
MUSSABAYEV Danil
TASMAGAMBETOV Yerlan
OVCARUKA Darja
DROBINSKI Mateusz
REMPALSKI Kacper
ZAKRZEWSKI Artur
ABREU Diogo
FERREIRA Pedro
SANTOS Lucas
FRANCO David
MARTIN Jorge
RODRIGUEZ Melania
ROMERO ROSARIO Noemi
SANCHEZ Raul
VEGA David
DAVYDENKO Anton
IVANSKYI Mykyta
KULESHOVA Kateryna
MALKOVA Svitlana
PROSTOROV Mykola
ROZHKO Dmytro
BROWN Peyton
HERNANDO Ava
MACCAGNAN Ryan
RAMACCI Zachary
STEVENS Jessica
VAN NATTA Trinity
VOGEL Elijah
WILLIAMS Jace