İdman

gimnastikadan

başlayır

Batut Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF TROPHY 2022

Batut Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF TROPHY 2022

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlar mövsümünə Batut Gimnastikası üzrə Dünya kuboku yarışı ilə start verir. Fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki yarış  günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək. Qeyd edək ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur. 

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək. 

Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə Dünya Kuboku Bakıda artıq beşinci dəfədir ki, təşkil olunur.  

Budəfəki Dünya kubokunun iştirakçıları arasında Belarus təmsilçiləri, Rio-2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, ikiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi, dünya çempionu Vladislav Qonçarov, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi İvan Litvinoviç, 5 qat dünya və 5 qat Avropa çempionu Oleq Ryabtsov, Rusiya təmsilçisi, dünya çempionatının gümüş mükafatçısı (2021-ci il), Avropa çempionu (2021-ci il) Yana Lebedeva, İsveç təmsilçisi, üç qat dünya və Avropa çempionu Lina Sjoberq, Avstriya təmsilçisi, yeniyetmələr arasında Olimpiya Oyunlarının bürünc mükafatçısı Benni Vizani, Gürcüstan təmsilçisi, Avropa Oyunlarının gümüş mükafatçısı Qolovina Lyuba də yer alıblar. 

Qeyd edək ki, idmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni İdman TV kanalı vasitəsilə canlı izləyə biləcəklər. 

Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.  

Yarışlar haqqında ətraflı məlumat federasiyanın rəsmi internet səhifəsində mütəmadi olaraq yenilənəcək. 

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

İştirakçılar

HOPFGARTNER Georg

WIZANI Benny

MAHSUDOVA Seljan

BARDZILOUSKAYA Viyaleta

BUILOU Andrei

HANCHAROU Uladzislau

KUIDAN Viktoryia

LITVINOVICH Ivan

RABTSAU Aleh

YARSHOVA Katsiaryna

. Manu

BHOIR Adarsh Anil

BREED Siddhi

CHAUHAN Udit

GAWADE Shraddha Haresh

NEGI Rahul Singh

PAKHLE Rahi Nitin

SHAIK Yaasin

HAJI Matin

HOSSEINI Seyedamirhossein

MAM ABDOLLAH Aria

SAEIDABADI Mohammad

GIAMPIERI Giorgia

BARKOV Roman

GRACHYOV Igor

MUSSABAYEV Danil

OVCARUKA Darja

ABREU Diogo

FERREIRA Pedro

GOLOTA Meri

KASIMOV Danila

KURBANOV Ilia

LEBEDEVA Iana

PANTELEEV Kirill

AABERG Maans

BERG Tilda

BILLVEN EDHAMMER Vilhelm

FLENSBURG Alice

LILJEROTH Thea

LIND Adrian

SJOEBERG Lina

ALTINDAG Elmas Ertug

COLAK Elif

KARAKAS Sena Elcin

KARAKUS Sila

MUTLU Gurkan

YAGMUR Emre

YALCIN Livanur

YONTUCU Huseyin Engin

AMANO Maia

MACCAGNAN Ryan

WILLIAMS Jace