AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Kişi idman gimnastımız beynəlxalq turnirdən iki qızıl medal qazandı

23.04.2018

Bu həftəsonu Almaniyanın paytaxtı Berlində gənclər arasında beynəlxalq turnir baş tutub. 

Ölkəmizi təmsil etmək üçün həmin şəhərə yollanan kişi idman gimnastikası üzrə yığma komandamız 23 ölkə arasında fərqlənməyi bacarıb. 
 
Belə ki, millimizin üzvü, gənc gimnastımız Səməd Məmmədli iştirak etdiyi 3 final mərhələsinin ikisində yüksək nəticə göstərərək, qızıl medala sahiblənib. Təmsilçimiz dəstəli at üzərində hərəkətlərinə görə 12.850 xalla, paralel qollarda isə 13.250 xalla birinciliyi əldə edib. 
 
Turnikdə çıxışına görə isə Səməd hakimlərdən 11.150 xal alaraq, 4-cü yerdə qərarlaşıb.