AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

İtaliyadan gümüş medal

29.04.2018

Bu gün İtaliyada (Breşia) batut gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb. Turnirdə təmsilçilərimiz arasında ən yaxşı nəticə sinxron proqramda olub. Belə ki, Svetlana Makştaryova və Veronika Zemlyanayadan ibarət cütlüyümüz 46.090 xalla finala vəsiqə qazanıblar və yekun nəticədə 7-ci yerlə kifayətləniblər.

Kubok ilə yanaşı həmin şəhərdə yeniyetmələr arasında beynəlxalq turnir də baş tutub. 15 ölkədən idmançıların qatıldığı yarışda Azərbaycan gimnastı adını medalçılar sırasına yazdırmağa müvəffəq olub. Millimizin üzvü Selcan Mahsudova fərdi proqramını uğurla yerinə yetirərək, turnirin gümüş medalına sahiblənib.