AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Aerobika gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

01.04.2019

Bu həftəsonu, aerobika gimnastikası üzrə milli komandamızın üzvləri Kantanhede (Portuqaliya) şəhərində keçirilmiş Dünya Kubokunda iştirak ediblər.

Ölkəmizi qrup proqramında İmran İmranov, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Balaxanım Əhmədova və Nərminə Hüseynovanın təmsil edib. Gimnastlarımızın çıxışı hakimlər tərəfindən 18.177 xalla dəyərləndirilib və onlar kuboku 6-cı olaraq başa vurublar.

Fərdi çıxışlarda isə ən yaxşı nəticə Vladimirə aid olub. İdmançımız 20.300 xalla 9-cu yerdə qərarlaşıb.