AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Bədii və aerobika gimnastlarının yarış həyəcanı sona çatdı

14.10.2019

İrimiqyaslı beynəlxalq yarışlardan sonra bu dəfə Milli Gimnastika Arenasında yerli turnirlərin həyəcanı yaşandı.

Azərbaycanın müxtəlif şəhər və bölgələrindən bədii gimnastlar 26-cı Azərbaycan və Bakı Birinciliyi və 6-cı Bölgələrarası Kubokda, aerobika gimnastları isə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında birincilik uğrunda mübarizə apardılar.

4 günlük yarışlarda bədii gimnastika təmsilçiləri 4 yaş qrupunda fərdi və qrup hərəkətləri proqramında, aerobika gimnastları isə 4 yaş kateqoriyası üzrə fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında çıxış etdilər.

Bədii gimnastika yarışlarında Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə International” klubları, və Respublika Kompleks İdman Məktəbinin, bölgələr arasında Xırdalan, Sumqayıt, Mingəçevir, Şirvan, Zaqatala, Qusar və Naxçıvanın, aerobika gimnastikası üzrə yarışlarda isə “Ocaq Sport” klubunun yetirmələri fərqlənənlər sırasına daxil oldular.

Gimnastika növləri üzrə növbəti yerli yarışlar noyabr ayında baş tutacaqdır. Noyabr 8-i tamblinq üzrə 17-ci Azərbaycan Çempionatı və Birinciliyi, 9-u isə batut gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatı və Birinciliyi təşkil ediləcəkdir.