AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

RUSİYA VƏ ALMANİYA “GÜMÜŞ”Ü

20.04.2009

12 yaşlı gimnast Yekaterina Prokopenko Həştərxanda təşkil olunmuş beynəlxalq turnirdə uğurla çıxış edib.

Yeniyetmə qrasiyamız öz yaş qrupunda şəxsi birincilikdə ikinci yeri tutub. Fəxri kürsüyə onunla birgə Rusiya gimnastları da qalxıblar. Yarışda cəmi 30 idmançı mübarizə aparıb.

Azərbaycan akrobatları Almaniyada keçirilmiş beynəlxalq turnirdə medal qazanıblar. Ayla Əhmədova – Dilarə Sultanova cütlüyünün balans hərəkətlərində nəticələri ikinci, temp hərəkətləri birinci olmuşdur.

Finala çıxan cütlüyümüz qarışıq kombinasiya nümayiş etdirərək, 84.58 bal toplayıb və Belarus idmançılarından sonra ikinci olub. 3-cü yerə isə Alman dueti sahib çıxıb.