AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

AVROPA ÇEMPİONATLARINA QƏDƏR TOPLANIŞLAR

16.01.2008
Bədii gimnastika üzrə Azərbaycan komandası 2008-ci ilin Olimpiya mövsümünü 25-27 yanvar tarixlərində Los-Ancelesdə keçiriləcək LA Lights Tournament of Champions yarışları ilə ABŞ-da açacaq. Bu haqda Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə yığmamızın konsultantı, Rusiya yığmasının baş məşqçisi İrina Viner xəbər verib.
“ABŞ-da keçiriləcək turnir ənənəvi, kifayət qədər məşhur və çoxillik tarixə malikdir, deyə İ. Viner qeyd etdi. Orada, yəqin ki, artıq yeni proqramlar hazırlamağa başlamış Aliyə Qarayeva çıxış edəcək. Bu yarışdakı heyətin çox ciddi olması planlaşdırılır, həqiqətən, burada Rusiya və Ukrayna, Belarus və Bolqarıstanın güclü gimnastları olmalıdır”.
İ. Viner, həmçinin, qeyd etdi ki, Olimpiya oyunlarına qədər bu ilin əsas turniri iyun ayında İtaliyada keçiriləcək Avropa çempionatı olacaq və bu yarışda seniorlarla yanaşı yeniyetmələr və böyüklərdən ibarət qrup komandası da çıxış edəcək.
Avro-2008 yarışlarına hazırlıq ilə əlaqədar olaraq, Moskva ətrafı Novoqorskda təlim-məşq toplanışlarında Zeynəb Cavadlı, həmçinin, iki yeniyetmə, 14 yaşlı Nigar Əbdüsəlimova və Səbinə Abbasova da iştirak edirlər.
Toplanışlarda ölkənin qrup hərəkətləri üzrə komandası da iştirak edir. Bakı məşqlərində əsas kollektivə daha 5 gimnast (Zülfiyyə Əliyeva, Əzizə Səlimbəyova, Günel Ağayeva, Səbinə Alxasova və Kristina Pavlunina) cəlb olunublar. Onlar üçün bu ilin ilk yarışı Estoniyadakı beynəlxalq fevral turniri olacaq.
Avropa çempionatlarına idman gimnastları və tamblinqçilər də hazırlaşır. Onlar toplanışların keçirilməsi üçün öz nəzərlərini Rusiyaya yönəldiblər.
Belə ki, idman gimnastları Şakir Şıxəliyev, Ruslan Balakişiyev və Elvin Ağadədəyev Rusiyanın gənclər yığması ilə “Ozero Kruqloye” Moskva ətrafı bazada məşq edirlər. Onların prioriteti – may ayında İsveçrədə keçiriləcək qitə çempionatıdır.
Tamblinqçilər isə may ayında Danimarkada keçiriləcək Avropa birinciliyinə hazırlıq çərçivəsində Stavropola yola düşəcəklər. Komanda heyətindəki toplanışlarda 6 idmançı iştirak edəcək: Səid Səlimov, Hafiz Rzayev, Rahib Əliyev, Timur Oduşev, Nəbi Mirzəliyev və Mixail Malkin.