AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

AKROBATLAR UKRAYNADA BİRİNCİ, GİMNASTLAR İSƏ ESTONİYADA ÜÇÜNCÜ YERDƏDİRLƏR

25.02.2008
Azərbaycan akrobatları Ukraynanın Vinnitsa şəhərində keçirilən “Buq üzərində ulduzlar-2008” beynəlxalq turnirin qalibləri oldular. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, yarışın finalında Rüstəm Nəcəfquliyev, Elnur Məmmədov, İlham Abbasov və Fərid Məmmədovdan ibarət kişi qrupu Rusiyanın əsas komandasını da geridə qoyaraq, yüksək səviyyədə çıxış etmişdir. Ayla Əhmədova – Dilarə Sultanovadan ibarət qadın cütlüyümüz də medalsız qalmamışdır. Final çıxışından sonra duet bürünc mükafatlara layiq görülmüşdür. Ölkənin gimnastları da hesabat mövsümündə ilk medallarını qazanmışlar. Bolqarıstanda toplanışda keçirən qrup hərəkətləri üzrə Azərbaycan komandası Estoniyada keçirilən “Miss Valentina” turnirdə rəqiblərinə göstərdi ki, dünyada tanınan “Levski” klubunda keçən məşqlər hədər getmir. Qrupun məşqçisi Mariana Vasileva çoxnövçülük üzrə (31.73 xal) nəticədən – bürünc medallardan razı qalmışdır, xüsusən də nəzərə alsaq ki, ikinci yeri tutmuş Ukrayna komandası kollektivimizi cəmi 0.05 xalla qabaqlamışdır. Birinci yerə Rusiya layiq görülmüşdür. İndividual şəkildə çıxış etmiş gimnastlara gəlincə isə, 32 iştirakçı arasında Anna Qurbanova yekun nəticədə 62.98 xal toplayaraq, beşinci yeri, Zeynəb Cavadlı isə (56 xal) 13-cü yeri qazanmışdır. “Miss Valentina” adına layiq görülmək şərəfinə Ukraynadan mütləq dünya çempionu Anna Bessonova nail olmuşdur. Vitse-miss adına Ukraynanın digər gimnastı Natalya Qodunko, üçüncü yerə Estoniyalı İrina Kikkas, dördüncü yerə Aleksandra Yermakova (Rusiya) layiq görülmüşdür. Yeniyetmələrdən ibarət yarışda 42 iştirakçı arasında Nigar Əbdüsəlimova iplə 16-cı (21 xal), Səbinə Abbasova isə halqa ilə 19-cu olmuşdur (20.03). Bu həftənin sonunda 1-2 mart tarixlərində Moskvada Aliyə Qarayevanın iştirak edəcəyi Qran-pri seriyasının ilk mərhələsi keçiriləcək. Ondan üç gün sonra isə Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 15-ci açıq Azərbaycan çempionatı başlanacaq. Gözlənilir, turnirdə aparıcı gimnastlarımızla yanaşı Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistanın idmançıları da həmçinin çıxış edəcəklər.