AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

LALƏLƏR LALƏ ÜÇÜN

17.04.2010

Almaniyanın Bremen şəhərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatının ikinci günü Azərbaycan komandasına ikinci medalı gətirib.

Ən çox uğura 14 yaşlı Bakı gimnastı Lalə Yusifova nail olub. O, topla 2-ci yeri tutub. Onun finalda nəticəsi 25.65 baldır.

Bu, Azərbaycanın tarixində yeniyetmə gimnastlar arasında keçirilən yarışlarda ilk medaldır!Avropa Çempionatının gümüş mükafatçısı olan gənc Lalə ilk təəssüratlarını bölüşüb.

"Mən çox səylə məşq etmişdim, odur ki, gümüş medal qazanmağıma çox sevinirəm. Elə bilirəm, qızıl medal qazanmışan. Xoşbəxtəm ki, komandanı pis vəziyyətdə qoymadım, federasiyanın gözləntilərini doğrultdum. Mən göstərdim ki, Azərbaycanın ləyaqətli gənc gimnastları var", - o deyib.

Topla təsnifatda Yusifova 4-cü yeri tutub.

"Xalça üzərinə çıxmazdan əvvəl mən Laləyə dedim: get və Bakıda sonuncu dəfə elədiyin kimi et", - Azərbaycan yığmasının baş məqşçisi Mariana Vasileva xatırlayır. - "Budur, o, medal qazandı".

Digər Azərbaycan gimnastı Jalə Qaratova gürzlərlə çıxış edib və 9-cu yeri tutub. Beləliklə, komanda birinciliyində Azərbaycan yığması yekun 97.775 bal nəticə ilə 5-ci yeri tutub. Hələ iki il əvvəl Turində keçirilən Avropa Çempionatında Azərbaycan yığması 14-cü olub.

İndi isə 9 bənd yüksəlib! Bunlar hamısı birlikdə Azərbaycan bədii gimnastikasının növbəti böyük uğurudur!

Yarışların ikinci günü çoxnövçülük üzrə yarışan qrup komandalarının turniri başlayıb.Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Ayelita Xələfovadan ibarət

Azərbaycan qrup komandası 8-ci yeri tutub. 1-ci yer Rusiya, 2-ci yer İtaliya, 3-cü yer isə Belarus gimnastları tutublar.

Buna baxmayaraq, komandamız aprelin 18-də keçiriləcək hər iki finalda cıxış edəcək.