AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

AZƏRBAYCAN GİMNASTLARI ALMANİYADA KEÇİRİLƏN AVROPA ÇEMPİONATINDA ÇIXIŞLARINI BAŞA VURUBLAR

18.04.2010

Almaniyanın Bremen şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında böyüklərdən ibarət qrup komandaları arasında final yarışları başa çatıb.

Hər iki finalda Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Ayelita Xələfovadan ibarət Azərbaycan qrupu da iştirak edib. 3 lent və 2 iplə yarışlar zamanı komandamız 25.875 bal nəticə ilə 5-ci yeri, 5

halqa ilə kompozisiyada isə 7-ci (26 bal) yeri tutub. Hər iki dəfə qələbəni Rusiya qrupu bayram edib.

*****

Yekun gündə senior gimnastların qrup yarışmaları ilə yanaşı, yeniyetmələrin həm qrup komandası, həm də fərdi 2010-cu il Yeniyetmələrin Olimpiadası üçün seçimi çərçivəsində yarışları keçirilib.

Olduqca kəskin seçim şəraitində gimnastlarımız olimpiya lisenziya ala bilməyiblər. İradə Əhədzadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət qrup komandası 3-cü yeri tutub. Sinqapura yeganə vəsiqəni 1-ci yeri tutan Rusiya alıb.

Yeniyetmə gimnastların turnirində altı lisenziya oynanılıb. Azərbaycan gimnastı Jalə Qaratova 8-ci yeri tutub.

Xatırladaq ki, builki Avropa çempionatında Azərbaycan yığması iki medal - Lalə Yusifova topla gümüş, Aliyə Qarayeva isə çoxnövçülükdə bürünc medal qazanıb.