AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

YENİ İL ƏRƏFƏSİNDƏ İKİ MEDAL VƏ İKİ QALA-ŞOU

19.12.2011
Azərbaycan gimnastı Anna Qurbanova İtaliyanın Udine şəhərində keçirilən beynəlxalq turnirdə iki medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, Qurbanova şəxsi yarışlarda dörd tapşırığın yekunu üzrə rusiyalı Natalya Bulıçeva və Almaniyanı təmsil edən Yana Berezkodan sonra bürünc mükafatçı olub.
Azərbaycanlı idmançı ikinci mükafatı komanda hesabında əldə edib. Belə ki, o, ikinci yeri rusiyalı həmkarı ilə bölüşüb. Birinci yeri Almaniya, üçüncü yeri isə Belarus əldə edib.
Ölkənin yeniyetmələrdən ibarət qrup komandasının qızları da Yeni ili yüksək əhval-ruhiyyədə qarşılayırlar. Lalə Yusifova, Ayşə Mustafayeva, Aynur Cabbarlı, Mənsurə Baqiyeva, Siyana Vasileva və Səbinə Qaratova Minskdə keçirilən Avro-2011-in bürünc mükafatçıları kimi planetin digər məşhur komanda və gimnastları sırasında Belçikada nümunəvi çıxışlar üçün Qala-şouya dəvət ediliblər.
Bu ölkənin iki şəhəri Lyej və Gentdə azərbaycanlı gimnastların məşhur "Böyük şəhərin işıqları" filminin musiqisi altında iplərlə, əfsanəvi komik Çarli Çaplinin obrazı üslubunda çıxışları alqışlarla qarşılanıb!
Yeni il ərəfəsində daha bir Qala-şou Bakıda keçiriləcək. Azərbaycan milli yığmasının gimnastları dekabrın 21-də Bakı Olimpiya İdman Kompleksində keçiriləcək "Cırtdan və Qrinç" nağıl-tamaşasında iştirak edəcəklər.