AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının bağlanış mərasimi keçirilib

16.04.2018

Aprelin 15-də Bakıda Milli Gimnastika arenasında batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının bağlanış mərasimi keçirilib.

Tədbir çərçivəsində batutçuların Avropa birinciliyi bayrağının verilmə mərasimi baş tutub.

Azərbaycan Gimnastika Federasiyasının nümayəndə heyəti - Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Nurlana Məmmədzadə, batut gimnastikası üzrə milli komandanın Baş məşqçisi Vladimir Şulikin, gimnast Ruslan Ağamirov, hakim Kamil Quliyev, həmçinin dəstək qrupu adından Elşad Nərimanov və könüllüləri təmsil edən Gülər Buludxanlı Avropa Çempionatı bayrağını Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbova verib.

Daha sonra Fərid Qayıbov bayrağı qəbul edərək onu batut gimnastikası (fərdi və sinxron), ikili mini-batut və tamblinq üzrə növbəti Avropa çempionatını təşkil edəcək İsveç Gimnastika Federasiyasının nümayəndə heyətinə ötürüb.