AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

"CIRTDAN VƏ QRİNÇ" YENİ İL NAĞIL-TAMAŞASI

22.12.2011

Bakı Olimpiya İdman Kompleksində Azərbaycan milli komandasının gimnastlarının iştirakı ilə "Cırtdan və Qrinç" Yeni il nağıl-tamaşası nümayiş olunub. Bayrama gələn uşaqlar Yeni il hədiyyələrindən başqa, gözəl bir tamaşa da görüblər.
Yeni ilin əsas simvolu olan Yolkanı bəzəyən yaramaz Qrinç rolunu Azərbaycan yığmasının üzvü Zeynəb Cavadlı, Qrinçlə mübarizə aparan Cırtdan rolunu isə hələ yeniyetmə kimi çıxış edən, lakin artıq respublika və beynəlxalq arenalarda böyük uğurlar qazanan Ləman Hacızadə çox məharətlə ifa ediblər. Kürsüdə əyləşərək tamaşaçılara Xeyirin daim Şərə qalib gəlməsi barədə nağıl danışan aparıcı rolunu (Cırtdanın nənəsi) ölkənin qrup komandasının üzvü Aelita Xələfova oynayıb. Xalça üzərində həmişəki kimi öz ifaçılıq məharətlərini Azərbaycanın böyük və yeniyetmə qrup kollektivi, bir sıra fərdi gimnastlar, məşqçi, xoreoqraflar və ...hətta yığmanın həkimi nümayiş etdirib!
Zalda toplaşanlar qaraçı üçlüyünün çıxışını müşahidə edə biliblər. Rollardan birini komandanın baş məşqçisi Mariana Vasileva ifa edib. Ümumilikdə çoxlu sayda populyar Azərbaycan (Müslüm Maqomayevin, Emin Ağalarovun və başqalarının repertuarından) və əcnəbi melodiyalar səsləndirilib.
Tamaşanın sonunda 2011-ci ilin Azərbaycan gimnastikası üçün uğurlu il olduğu qeyd edilib. Bu uğur qazanmasında göstərdiyi köməyə görə Azərbaycan Gimnastika Federasiyanın prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq bildirilib.
Bu il Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin qeyd olunduğu bildirilərək, yaxın günlərdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 50 illik yubileyi olacağı vurğulanıb.