AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Bakıda gənclər arasında bədii gimnastika üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnirə start verilib

23.04.2018

Bu gün, Bakıda Milli Gimnastika Arenasında “AGF Junior Trophy” adlı beynəlxalq turnir start götürüb.

Yarışların ilk günü fərdi proqramda təsnifat yarışları baş tutacaq. Nəticələrə əsasən bu gün komanda hesabında qaliblər və ayrı-ayrı alətlər üzrə finalçıların adları müəyyənləşəcək.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, iştirakçılar 2003-2005-ci il yaş kateqoriyasında mübarizə aparacaqlar.

Turnirdə ölkəmizi Dərya Farşbafşəhriyari, Arzu Cəlilova, Yelizaveta Luzan və Dərya Sorokina təmsil edir. Ümumilikdə isə yarışlarda 18 ölkənin idmançıları iştirak edəcəklər.

Qeyd edək ki, “AGF Junior Trophy” turniri, 2018-ci ilin 1 – 3 iyun tarixlərində İspaniyanın Quadalaxara şəhərində baş tutacaq Bədii Gimnastika üzrə Avropa Çempionatı formatında təşkil ediləcəkdir. Bu da gənc gimnastlara Avropa Çempionatında öz həyəcanlarına qalib gələrək, daha inamlı çıxışlar nümayiş etdirmək və çıxış proqramlarını mükəmməlləşdirmələri üçün şans yaradacaqdır.