AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Gimnastlarımız beynəlxalq turnirdə 2 finalda çıxış ediblər

18.03.2019

Dünən, Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Qrna Pri yarışlarının final mərhələsi baş tutub.

Millimizin 2-ci heyətli qrup komandası turnirdə iki final mərhələsində çıxış edib. Ayna Cəfərova, Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Humay Əliyevadan ibarət komanda topla icra etdikləri kompozisiyaya görə 16.150 xal alıblar.

3 halqa-2  gürzlə nümayişləri isə qızlara 15.400 xal qazandırıb. Nəticədə təmsilçilərimiz hər iki finalda 7-ci yerdə qərarlaşıblar.

Qrup komandamız həmçinin, çoxnövçülük yarışlarında da 7-ci olub.