AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Bədii gimnastalarımız Pesaroda baş tutmuş Dünya Kubokunda iştirak ediblər

07.04.2019

Bu həftəsonu, bədii gimnastika üzrə milli komandamızın böyük gimnastları İtaliyanın Pesaro şəhərində keçirilmiş Dünya Kubokunda çıxış ediblar.

Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandamızın 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozosiya finalda 19.100 xalla dəyərləndirilib və qızlarımız yarışı  8-ci yerlə başa vurub.

Fərdi gimnastlarımız Zöhrə Ağamirova və Veronika Qudis isə 71 iştirakçı arasında çoxnövçülükdə müvafiq olaraq 18 və 21-ci yerdə qərarlaşıblar.