AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Azərbaycan gimnastları Dünya Kubokunda çıxışlarını davam etirirlər

27.04.2019

Bu gün, Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun 2-ci günü start götürür. İştirakçılar növbəti təsnifat günündə çoxnövçülük yarışlarında gürzlər və lent ilə mübarizəyə qoşulacaqlar. Qeyd edək ki, Azərbaycanı fərdi yarışlarda Zöhrə Ağamirova və Veronika Hudis təmsil edir. 

Turnirin ikinci hissəsində isə Milli Gimnastika Arenasında qrup komandalarının çıxışları baş tutacaq. Böyüklərdən ibarət qrup hərəkətləri komandamızın kapitanı Siyana Vasilevanın zədəsini nəzərə alaraq, ölkəmizi kubokda Ayna Cəfərova, Nərmin Cahangirova, Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova və Sona Rəhmanovadan ibarət 2-ci komanda təmsil edir. Qızlarımız bu gün, 3 halqa və 2 cüt gürzlə kompozisiyalarını təqdim edəcəklər. 

Xatırladaq ki, yarışların ilk gününün nəticələrinə əsasən, Zöhrə Ağamirova halqa ilə finala vəsiqə qazanıb.