AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

AGF-nin İcra Komitəsinin 34-cü iclası keçirilib

20.12.2019

20 dekabr tarixində “Azərbaycan Gimnastika Federasiyası” (AGF) İctimai Birliyi İcra Komitəsinin 34-cü iclası keçirilib.

İlin yekunlarına həsr olunmuş iclasda AGF İcra Komitəsinin üzvləri, federasiya nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların Baş məşqçiləri iştirak ediblər.

İclasın gündəliyində federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər dayanıb.

İlk olaraq iclasda batut gimnastikası üzrə 2019-cu ildə Tokioda keçirilmiş Dünya Yaş Qrupları Yarışlarında medal qazanmış idmançılar və onların məşqçiləri mükafatlandırılıb.

Daha sonra AGF-nin Baş katibi, gimnastika növləri üzrə yığma komandaların Baş məşqçiləri, həmçinin federasiya ilə sıx əməkdaşlıq edən idman təşkilatlarının illik hesabatları dinlənilib və müzakirələrdən sonra qəbul edilib.

İclasın gündəliyində duran əsas məqamlardan biri isə Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsaslanaraq, milli yarışların proqramlarına uyğunlaşdırılmışAGF-nin Texniki Reqlamentinin müzakirəsi və təsdiq edilməsi olub.

O cümlədən, AGF-nin 2020-ci ilin əvvəllərində keçiriləcək Ümumi Yığıncağının tarixi müəyyən edilərək, gündəliyi təsdiq edilib.

İcra Komitəsinin iclasında diqqət mərkəzində dayanan digər vacib məsələlərdən biri də 2020-ci il üzrə planların müzakirəsi olub.