AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASI BAKIDA I BEYNƏLXALQ İDMAN, İDMAN LƏVAZİMATI VƏ GEYİMİ SƏRGİDƏ İŞTİRAK ETDİ

01.12.2012

Noyabrın 28-30-da Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış olmuşlar.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına və xanımına məlumat verdi ki, ölkəmizdə ilk dəfə keçirilən idman, idman ləvazimatı və geyimi beynəlxalq sərgisi Azərbaycanda idmanın inkişafına göstərilən diqqətin təzahürüdür. Sərginin əsas məqsədlərindən biri bu sahədə irihəcmli infrastruktur layihələrinə investisiyaların cəlb edilməsinə nail olmaqdır. 2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması, Londonda keçirilən Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının yüksək nailiyyətləri də bu sərginin əhəmiyyətini artıran mühüm amillər sırasındadır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən idman, idman ləvazimatı və geyimi sərgisi öz meydançasında 50 iştirakçını, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai gənclər təşkilatları bir araya gətirmişdir. Azərbaycanda idman sənayesinin inkişafını əks etdirən sərgi idman komandaları, klublar və federasiyaların fəaliyyəti ilə bağlı geniş məlumat bazasını nümayiş etdirir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin bəzi pavilyonları ilə tanış oldular.

Sərgidə ən baxımlıdan biri olan Azərbaycan Gimnastika Federasiyasının stend ilə tanış olarkən, dövlət başçısına məlumat verildi ki, son illərin idman uğurları sırasında bu təşkilatının fəaliyyəti də diqqəti cəlb edir. Hazırda 4 gimnastika növünü özündə birləşdirən federasiya son 10 ildə bir çox beynəlxalq yarışlar keçirmiş, o cümlədən Avropa və dünya çempionatları, Azərbaycan idmançıları yüksək nailiyyətlər qazanmışlar. Prezident İlham Əliyev həmçinin Bakıda inşa olunan Milli Gimnastika Arenası ilə bağlı maraqlanıb, görüləcək işlərində uğurlar arzuladı.