AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

PEKİN OLİMPİADASINDAN ƏVVƏL GİMATOVANIN BÜRÜNC MEDALI

28.07.2008

Qarşıda gələn Pekin Olimpiya Oyunlarının iştirakçısı Dinarə Gimatova İrkutskda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun bürünc mükafatçısı olmuşdur.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, o, lentlə finalda 17.575 xal toplayaraq, bürünc medal qazanmışdır. Halqa və gürzlərlə isə digər çıxışlarda Gimatova 7-ci yerdə qərarlaşmışdır.

Olimpiya oyunlarına lisenziyası olan digər gimnast Aliyə Qarayeva ən yaxşı nəticəni lentlə finalda nümayiş etdirmişdir – 6-cı yer (16.675 xal). İplə, o, 7-ci, halqa və gürzlərlə isə Dünya Kubokunun finalçıları sırasında səkkizinci olmuşdur.

Qaliblərə gəlincə isə, Rusiya gimnastı Yevgeniya Kanayeva həm çoxnövçülük, həm də ayrı-ayrı növlərdə qalib adına layiq görülümüşdür. Yeri gəlmişkən, xarici mütəxəssislərin əksəriyyəti məhz Kanayevanın yeni Olimpiya çempionu olacağına inanırlar.

Gimatovanın sözlərinə görə isə, bu turnir həm onun, həm də Aliyə üçün Olimpiya Oyunları qabağı sonuncu yarış oldu.

- Əlbəttə ki, Olimpiya Oyunları ərəfəsində uğurlu çıxışım mənə daha çox inam verəcək – axı bu mənim ilk Olimpiadamdır! Bizim üçün ən əsası – sağlamlıqdır. İndi məni, Aliyəni və ehtiyatda olan gimnast Anna Qurbanovanı hazırlığın Yaponiyada keçiriləcək sonuncu mərhələsi gözləyir. Biz Yaponiyaya iyul ayının 31-də yola düşəcəyik və 16 avqusta kimi orada olacağıq. Bizim Pekindəki şanslarımız Sizi maraqlandırır? Püşkatmanın nəticələrinə görə, Aliyə təsnifat yarışlarının ilk günü öz çıxışlarını 8 nömrəsi altında başlayacaq, qrup komandasından rəfiqələrimiz isə iplərlə xalça üzərinə həmçinin səkkizinci çıxacaqlar. Bu rəqəm isə bildiyiniz kimi, Pekin Olimpiadasının açılışının günü və ayı ilə üst-üstə düşür. Odur ki, ümid edirəm bu müqəddəs rəqəm həm təşkilatçılara, həm də bizə uğur gətirəcək.

Azərbaycanın Olimpiya yığma komandasının digər üzvləri – Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina Varnada qrup komandaları arasında keçirilən Dünya Kuboku mərhələsində çıxış etmişlər. Çoxnövçülükdə gimnastlar 4-cü yerə (32.159 xal) layiq görülmüşlər, 5 iplə və 3 halqa / 4 gürzlə çıxışlarda isə - beşinci yerdə qərarlaşmışlar. Kubok sahibləri Bolqarıstan gimnastları olmuşlar.

Olimpiadaya hazırlığın sonuncu mərhələsini qrup komandası Masallıdakı Olimpiya İdman Kompleksində keçirəcək. Təlim-məşq toplanışları ölkənin cənubunda iyul ayının 31-i start götürəcək və düz iki həftə – avqustun 14-dək davam edəcək.