AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

İSPANİYADA DÜNYA KUBOKU VƏ BEYNƏLXALQ TURNİR

06.06.2016

3-5 iyun tarixlərində İspaniyanın Qvadalaxara şəhərində bədii gimnastika üzrə Dünya Kuboku və gənclər arasında beynəlxalq turnir keçirildi.

Kubok yarışlarında Marina Durunda lentlə final mərhələsində çıxış edərək, 5-ci yerdə qərarlaşdı.

Kubokda Azərbaycanı qrup hərəkətləri yarışlarında təmsil edən Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət komanda çıxış proqramının  hər iki finalına (5 lent, 3 cüt gürz və 2 halqa) vəsiqə qazanaraq 5-ci yerləri tutmuşlar. Çoxnövçülükdə isə qızlar 6-cı nəticəni göstərib.

Dünya Kuboku ilə parallel keçirilən beynəlxalq turnirdə gənc gimnastlar İlahə Məmmədova, Veronika Qudis və Zöhrə Ağamirova iştirak etmişlər.

Veronika Qudis iplə finalda çıxış edərək, 3-cü yeri İspaniyalı gimnastla bölüşdü.