AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Şurasının (FIG) illik iclası başlayıb

06.05.2017

 

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Şurasının illik iclası öz işinə başlayıb.

Tədbirin açılışında çıxış edən FIG-in prezidenti Morinari Vatanabe gimnastika ictimaiyyəti adından qonaqları salamlayaraq, tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadəyə öz minnətdarlığını bildirib.

 "Azərbaycan Gimnastika Federasiyası bir sıra dünya çempionatları, dünya kubokları və bir çox beynəlxalq yarışlar təşkil edib və bu sahədə böyük uğurlar qazanıb", - deyə FIG-nin prezidenti bildirib.

Vatanabe FIG-nin Şura iclasının yaxşı nəticələr verəcəyini əminliklə ifadə edib.

O, həmçinin Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun fəaliyyətini yüksək qiymətləndirərək, onun gimnastika ictimaiyyətində mühüm üzvlərdən biri olduğunu qeyd edib.

Tədbirdə çıxış edən, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə öz növbəsində Azərbaycanın gimnastikanın inkişafı sahəsində zəngin tarixə malik olduğunu vurğulayıb.

O, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının prezidenti olduğunu da bildirib.

 "İdman ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi altında idmanın inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib", - deyə Hüseynzadə qeyd edib. 

MOK-un vitse-prezidenti son illərdə Azərbaycanda idmanın inkişafına təkan verən bir çox mühüm idman tədbirlərinin keçirildiyini, həmçinin dünya səviyyəli idman yarışlarının təşkili üçün böyük potensialın olduğunu qeyd edib.

 

“Trend” İnformasiya Agentliyi, 9 may 2017-ci il