AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

GİMNASTİKANIN ŞƏRƏFİNƏ FİESTA

02.04.2009

Əgər karnavalların afişalarına baxsaq görərik ki, İtaliyada qış kimi bahar da ilin ən şən fəsillərindən biridir. Məsələn, burada bir çox karnavallar keçirilir, müxtəlif fiqurlar olan arabalar küçələrdən keçir və yaxud gülüş kralı olacaq ən yaxşı maska seçilir. İtaliyada olarkən, karnavaldan karnavala səyahət etmək, tək özləri üçün yox, həm də qonaqlar üçün hamıdan yaxşı bayramlar təşkil edən italyanlarla birgə əylənmək olar. Bir müddət sonra Lombardiyada müqəddəs Ambrocionun şərəfinə fiestanı görmək olar. Milanda hamı ona sitayiş edir, hətta metro stansiyalaraından birinə onun adı verilib. Adətən bayram meydanda, gözəl bazilikanın qarşısında səhərdən axşamadək keçir, ətirli qəhvə və yerli delikateslərin qoxusu bayrama əlavə rəng qatır.

İndi də Milanda fiesta var, amma gimnastika fiestası. Şəhərin hər yerində idman gimnastikası üzrə Avropa çempionatını əks etdirən afişalar vurulub, müxtəlif cür atributika satılır, televiziyada daim yerli gimnastlar yer alır. Turnirə maraq çox böyükdür, bunu bir neçə gün sonra medalçı və yeni Avropa çempionlarının adlarının məlum olacağı Mediolanum Foruma açılış günü biletlərin 100 faiz satılması da sübut edir. Yarışın musiqili-bədii hissəsi italyan nağıl personajı Pinokkioya həsr olunmuş, və təbii ki, bura gimnastika və akrobatika elementləri əlavə olunmuşdu.

Rəsmi hissə isə iştirakçı ölkələrin bayraqlarının gətirilməsi ilə başladı və Avropa Gimnastika İttifaqının Prezidenti Dimitrios Dimitropulosun çıxışı ilə başa çatdı. O, italyan estrada müğənnisi və opera divasının musiqisi sədaları ilə çempionatı açıq elan etdi.

Milana 38 ölkənin idmançıları təşrif buyurub, onların arasında Azərbaycan da gimnast Şakir Şıxəliyevin simasında təmsil olunub. O, yanvar ayından Almaniyada, məşhur həmyerlimiz, Olimpiya çempionu Valeri Belenkinin rəhbərliyi altında məşq etməyə başlayıb. İdmançımızın çıxışı aprelin 3-ü çoxnövçülük təsnifat yarışlarının üçüncü qrupunda planlaşdırılıb.