AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

SAMİRƏ MUSTAFAYEVA KAZANDA GÜMÜŞ MÜKAFATÇI OLMUŞDUR

26.10.2009

Azərbaycan gimnastı Samirə Mustafayeva Kazanda keçirilən beynəlxalq turnirdə gümüş medal əldə etmişdir.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, gimnastımız fərdi çoxnövçülükdə Rusiya idmançısı ilə ikinci yeri bölüşdürmüşdür. Baş mükafat Ankaraya yollanmış, üçüncü yer isə Litva gimnastının olmuşdur.

Eyni zamanda, Samirənin komanda yoldaşları Aliyə Qarayeva və Anna Qurbanova İtaliyanın ənənəvi klub çempionatında iştirak etmişlər. Birinci tur Fabriano şəhərində keçirilmişdir.

Qeyd edək ki, Anna Qurbanova əsas turnirdə - A1 seriyasında iştirak edir. O, “Komense 1872” klubunun rənglərini müdafiə edir. Aliyə Qarayeva isə aşağı divizionda (A2 seriyası) “Ardor” komandasının heyətində çıxış edir.

Hesabat turunda hər iki gimnastımız iplə çıxış edirdilər. Anna hakimlərdən 26.075 xal almışdır. Bu, komandada birinci, hərəkətlərdə isə “Petratsa” komandasının üzvü, rusiyalı Yevgeniya Kanayevadan (27.900) sonra ikinci göstəricidir. Aliyə 25.45 xal toplamış və üçüncü nəticə göstərmişdir.

Qarayevanın komandası, A1 seriyasına çıxmaq uğrunda mübarizə aparan “Ardor” 127.475 xal ümumi nəticə ilə 7-ci yeri tutur. “Komense 1872” əsas turnirdə 8-ci mövqedə qərarlaşıb. Nəticə - 137.35.

İtaliya klub çempionatının ikinci turu noyabrın 7-i Desio şəhərində keçiriləcək.