AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Qazaxıstan gimnastı: Azərbaycan Gimnastika Federasiyası idmançılar üçün bütün lazımi şəraiti yaradıb

21.04.2019

Mən "AGF Junior Trophy" turnirində lentlə hərəkətlərdə daha yaxşı çıxış etdim.

Bu sözləri Trend-ə Qazaxıstan gimnastı Bayan Koybakar deyib.

O bildirib ki, hələlik nəticələr barədə danışmaq tezdir:

"Mənim üçün məşqçinin fikri vacibdir, ümid edirəm ki, etibarı sarsıtmadım. Mən alətlərlə çıxış etməyi sevirəm, hesab edirəm ki, bu gün lentlə hərəkətlərdə daha yaxşı çıxış etdim".

Gimnast əlavə edib ki, Bakıda davam edən turnir yüksək səviyyədə təşkil edilib.

"Azərbaycan Gimnastika Federasiyası idmançılar üçün lazımi şəraiti yaradıb. Bakıdakı gimnastika arenası çox böyükdür. Bu da həyəcanımızı daha da artırır".